Ru
09:36 / 10 Dekabr 2019

Gəncəyə işləməyə gələn fəhlə dəm qazından boğuldu

1859
Gəncədə dəm qazından zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb.

BakuPost.az-ın məlumatına görə, şəhərin Natəvan qəsəbəsində Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədzadə Mehdi Bayram oğlu həyətdə olan hamamda çimərkən dəm qazından boğularaq ölüb.


Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci( səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, M.Məmmədzadə həmin ünvanda kirayə qalırmış. O, bir neçə gün bundan qabaq Gəncəyə işləmək üçün gəlib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər