13:33 / 25 Noyabr 2021

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası başlayır - FOTO

1770
25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür.

Bakupost.az -ın məlumatına görə, hazırda qadınlara qarşı zorakılıq geniş yayılmış insan hüquqları pozuntusu olaraq qalır.

Dünyada hər 3 qadından 1-i 15 yaşından bəri ən azı bir dəfə məişət zorakılığı və ya cinsi zorakılıqla üzləşir.

COVID-19 pandemiyası dövründə qadınlara qarşı zorakılıq kəskinləşib. Bu günün qeyd olunması ideyası qadınlara qarşı zorakılığın formaları ilə bağlı məlumatlılığın artırılması və onların qarşısının alınması və aradan qaldırılmasının təbliğatını aparmaq məqsədi daşıyır. Hər il bu tarixdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyasına start verilir. 16 günlük fəaliyyət dekabrın 10-da – Ümumdünya İnsan Hüquqları Günündə bitir.

İstanbul Konvensiyası kimi tanınan, Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası qadınlara qarşı zorakılığa son qoyulması ilə bağlı dövlətlərə istiqamət verən sənəddir.

Azərbaycan İstanbul Konvensiyasının hazırlanmasında iştirak etsə də, bu beynəlxalq müqaviləni hələ də imzalamayıb. Hazırda Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi bu sahədə Azərbaycan hökumətinə dəstək verir. İstanbul Konvensiyası həm zorakılıq qurbanlarına, həm də bütövlükdə cəmiyyətlərə fayda verə bilər.
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası başlayır -  FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər