Ru
11:54 / 03 Sentyabr 2019

Generalın qohumunun öldürülməsi ilə bağlı ilginc fakt – Qatil kimdir?

6042

Avqustun 31-də paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğlu 35 yaşlı Fərid Məmmədzadənin öldürülməsi ilə bağlı yeni fakt ortaya çıxıb.


BakuPost xəbər verir ki, “Hürriyyət”ə verilən məlumata görə, qətli törədən şəxs vəzifəli şəxsin oğludur. Qəzet yazır ki, həmin şəxs Ağsunun keçmiş deputatı Ərəstun Cavadovun Niyazi adlı qardaşının övladıdır. Niyazi Cavadov özü isə Ərəbmehdibəy kəndinin bələdiyyə sədridir.

Sabiq millət vəkili, Mərkəzin Univermağın rəhbəri Ərəstun Cavadov Axar.az-a açıqlamasında məlumatı təkzib etməyib. Belə ki, o, hadisədən xəbərsiz olduğunu bildirib:

“Bakıda deyildim, yeni qayıtmışam, heç nədən xəbərim yoxdur”.



Qeyd edək ki, hadisə maşına yol verməmək üstündə baş verib.

Məlumata görə, H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H.Babaverdiyev F.Məmmədzadəni bıçaqlayıb. Şübhəli bilinən Bakı şəhər sakini H.Babaverdiyevlə yanaşı, C.Cavadlı və R.Bünyatzadənin də saxlanıldığı bildirilir. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər