Ru
13:40 / 18 Noyabr 2019

"Gilan Holdinq" "Qəbələ"yə sponsorluğu dayandıracaq? - AÇIQLAMA

2085
Bugünlərdə mətbuatda "Gilan Holdinq"in "Qəbələ"yə sponsorluğu dayandıracağı haqda məlumat yayılıb.

Təbii ki, bölgə təmsilçilərindən biri, "Qəbələ"nin bu halla üzləşməsi heç də futbolumuz adına yaxşı olmayacaq.


Ölkə futboluna az-çox xeyri dəyən komandalardan olan, öz akademiyasının hesabına futbolçular yetişdirən və yığmamıza, klublarımıza bəxş edən Qəbələ təmsilçisinin yanvarın 1-dən etibarən "Gilan Holdinq"in sponsorluğundan məhrum olacağı bildirilir.

Məsələ ilə bağlı sport7.az "Qəbələ"nin baş meneceri Zaur Əzizovdan açıqlama alıb. Əzizov açıqlamasında bunları söyləyib: "Həmişəki kimi normal qaydada davam edirik. Bizdə belə bir məlumat yoxdu. Ümumiyyətlə, kluba bu haqda xəbərdarlıq olunmayıb".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər