Ru
21:54 / 30 Aprel 2021

Gimnastımız yarımfinalda

3298
Gimnastımız Selcan Maqsudova Soçidə keçirilən batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında batut gimnastikasının fərdi proqramında yarımfinalına çıxıb.

Bakupost.az xəbər verir ki, yarışın ikinci günündə proqramı təqdim edən Selcan Maqsudova, böyük idmançılar arasındakı təsnifat mərhələsində dördüncü yeri tutaraq hakimlərdən 101.135 bal aldı.

Azərbaycanı çempionatda Nicat Mirzəyev, Hüseyn Abbasov, Maqsud Maqsudov, Selcan Maqsudova, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə, Tofiq Əliyev, Mixail Malkin təmsil edirlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər