Ru
15:35 / 21 Noyabr 2019

“Ginnes”ə düşən pianoçu Bakıda – Jurnalistlər üçün ifa etdi - VİDEO

3254
Ginnesin Rekordlar Kitabına dünyanın ən cəld pianoçusu kimi düşən Peter Bence Bakıdadır.

BakuPost xəbər verir ki, sabah o, Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Konsertdən əvvəl mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransında dünya şöhrətli pianoçu bildirib ki, “Dünya turu” adlı proqramı çərçivəsində ən məşhur əsərlərini tamaşaçılara təqdim edəcək. Konsert zamanı Azərbaycanın Əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanovla yeni musiqi ifa edəcək. Bu ifada tar və Azərbaycanın digər milli musiqi alətlərindən istifadə olunacaq.

Azərbaycanla bağlı təəssüratlarını bölüşən musiqiçi qeyd edib ki, səfərdən əvvəl ölkəmiz və paytaxt Bakı haqqında məlumatlı olub. Azərbaycan mədəniyyəti haqqında daha çox öyrənmək istədiyini deyən pianoçu milli mətbəximizdən də danışıb. Qeyd edib ki, Azərbaycanın milli yeməklərini çox bəyənir.

Peter Bence ilk ifasını da elə jurnalistlər üçün edib.




Gülay
Baku Post



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər