Ru
23:55 / 12 Avqust 2019

Goranboyda bir ailənin üç üzvü qəzaya düşdü

2666
Goranboyda bir ailənin üç üzvü qəzaya düşüb, onlardan biri ölüb. BakuPost  APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Borsunlu avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ 2115” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan Kəlbəcər rayon sakinləri - baba, oğul və nəvə ağır xəsarət alıb. 1940-cı il təvəllüdlü Hümmət İbrahim oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Onun 1960-cı il təvəllüdlü oğlu Güloğlan Hümmət oğlu Tağıyev və 1995-ci il təvəllüdlü nəvəsi Xaliq Güloğlan oğlu Tağıyev isə müxtəlif bədən xəsarətləri alaraq rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər