Ru
20:02 / 13 Sentyabr 2021

Göyçay sakini itkin düşdü - FOTO

1611
Göyçay rayonunun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Fuad Məzahir oğlu Mustafayev ötən gün yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Bakupost.az xəbər verir ki, Fuadın ailə üzvləri bununla bağlı Göyçay rayon Polis Şöbəsinə müraciət ediblər. Polis əməkdaşları onu itkin kimi qeydiyyata alaraq tapılması üçün tədbirlər görürlər. Məlumata görə, Fuad Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngli çəkələk olub.

Onu görüb tanıyan şəxslərdən 050 - 853-65-21 (Valeh, əmisi oğlu) telefon nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər