Ru
09:12 / 18 İyul 2025

Göygöldə ata oğlunun başına çaydan çırpdı - Buna görə...

Göygöldə ata oğlunun başına çaydan çırpdı - Buna görə...
Eye

Göygöl rayonunda 60 yaşlı ata oğlunu çayniklə vuraraq xəsarət yetirib.

Bakupost.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Göygöl şəhəri, 21-ci məhəllədə baş verib. Sərxoş vəziyyətdə evə gələn 1965-ci il təvəllüdlü Arzu Azayev (soyad şərtidir) oğlundan mobil telefonunu istəyib. Oğlu isə bildirib ki, bir neçə dəfə içkili vəziyyətdə tanışlarına zəng vurub mübahisə edib. Həmin şəxslər də sonradan ona problem yaradıblar. Buna görə oğul telefonunu atasına verməkdən imtina edib.

Nəticədə A.Azayevlə oğlu arasında mübahisə yaranıb və ata stolun üstündəki çayniki oğlunun başına vurub. Hadisə nəticəsində xəsarət alan oğul polisə məlumat verib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə ata oğlu ilə barışdığı üçün cinayət işinə xitam verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar