Ru
21:11 / 22 Noyabr 2019

Göygöldə dərədən kişi meyiti tapılıb

2582
Göygöl rayonunda naməlum kişi meyiti tapılıb.

BakuPost-un
"Report"a istinadən məlumatına görə, hadisə Balçılı kəndində, "Kəhriz" deyilən ərazidə qeydə alınıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Meyitin Daşkəsən rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar İmanova aid olduğu müəyyənləşib. O, Gəncə şəhəri Natavan qəsəbəsində yaşayırmış. Meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun dəqiq ölüm səbəbi isə aparılan tibbi ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər