“Güc tətbiqi münaqişənin yeni mərhələsinə səbəb ola bilər" - Ermənistan XİN

“Güc tətbiqi münaqişənin yeni mərhələsinə səbəb ola bilər amma bu münaqişəni həll etməyəcək”.

Bu barədə Ermənistan xarici işlər naziri Ara Abramyan açıqlama verib. Məsələ ilə bağlı o, parlamentin xarici əlaqələr komitəsi ilə müzakirələr aparıb.

“Qarabağ münaqişəsi yalnız hamının hüquqları qorunmaqla siyasi danışıqlar yolu ilə həll oluna bilər. Müharibənin səbəb və nəticələrini aradan qladırmaqla Cənubi Qafqaz regionuna sülh və barışıq gətirmək olar” - deyə Abramyan söyləyib.

Ara Abramyan Qarabağda yeni müharibənin başlanmasında maraqlı olmadıqlarını əlavə edib./Modern.az