Ru
20:47 / 25 May 2019

Güclü külək Şimal bölgəsində dağıntılar törədib

2878
Quba və Qusar
rayonlarında güclü gülək fəsadlar yaradıb.

 

 
 
BakuPost.az-ın  "Report"a  istinadən  məlumatına görə, bu gün günün ikinci
yarısından başlayaraq Şimal bölgəsində güclü külək əsməyə başlayıb.

 

 
 
Quba və Qusar
rayonlarında bir neçə saat davam edən gülək dağıntılar törədib. Qubada
avtomobilin üzərinə irigövdəli ağac aşıb.

 

 
  Quba-Xaçmaz
yolunda ağacların budaqları yolun bəzi hissələrinə tökülüb. Dövlət Yol Polisi
və müvafiq idarələr yolun təmizlənməsi işləri ilə məşğuldur. Quba şəhər 1 saylı
orta məktəbin divarının üstünə irigövdəli ağac aşıb.
 

 

 

Qusar rayonunda
isə məktəbin damını külək yerə atıb. Rayonun Zərdabi qəsəbəsində ağac evin
üstünə aşaraq xeyli ziyan vurub. Hər iki rayonun elektrik təsərrüfatına ciddi
ziyan dəyib. Rayonlara verilən elektrik enerjisində fasilələr yaranıb.

 

 
 
Yaranmış
vəziyyətlə bağlı Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları damı uçan məktəbin
yerləşdiyi əraziyə gedib.

 

 
 
Dəymiş ziyanla
bağlı Quba və Qusar rayon icra hakimiyyətinin Fövqaladə hallar komissiyası
tərəfindən araşdırma aparılır.

 

 
 
Qusarda külək,
qaz xətləri, işıq dirəkləri və çoxlu sayda ağaclar yola aşıb. Qusar yolu
bağlanıb. Qusarın mərkızi küçələrində olan iri gövdəli ağaclar yıxılıb.

 

 
  Eyni zamanda
Qusar Xudat yolu bağlanıb, hazırda hadisə yerində texnika işləyir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər