Ru
20:03 / 21 Sentyabr 2019

Güclü külək toz dumanı yaratdı

4978
Bu gün saat 18:00-a olan məlumata görə, şimal-qərb küləyi arabir Bakıda, Maştağada 38 m/s-ə çatıb".

BakuPost-un məlumatına görə, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, külək Nefçalada 36 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 27 m/s, Salyanda, Bayıl yamacında, Balakəndə 25 m/s, Neft Daşlarında 24 m/s, Ağstafada, Çilovda, Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Gəncədə 20 m/s-dək güclənib.

Umayra Tağıyeva qeyd edib ki, güclü külək bəzi şəhərətrafı ərazilərdə qumu havaya qaldıraraq toz dumanı yaradıb.

Qeyd edək ki, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,2 metrə çatıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər