Ru
23:15 / 20 Aprel 2019

Güləşçilərimiz Antalyada daha 4 medal qazandı

2486
Türkiyənin
Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turniri davam
edir.

 

BakuPost.az  ONA-ya istinadən xəbər
verir ki, yarışın 3-cü günündə komandamız daha 4 medal qazanıb.

 

 

Sərbəst
güləşçilərimizdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) bütün
rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan
Əliyev (97 kq) isə bürünc medalla kifayətlənib.

 

 

Qızların
yarışında Jalə Əliyeva (62 kq) üçüncü yerin sahibi olub.

 

 

Bununla da
millimizin aktivindəki medalların sayı 8-ə (3-2-3) çatıb.

 

 
Qeyd edək ki,
turnirə sabah yekun vurulacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər