Ru
19:46 / 08 May 2021

Güləşçimiz final görüşünə çıxmadı

1719
Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində final görüşünə çıxmayıb.

Bakupost.az -ın məlumatına görə, bu səbəbdən 68 kq çəki dərəcəsində çıxış edən idmançıya texniki məğlubiyyət verilib. O, gümüş medalla kifayətlənib.

25 yaşlı güləşçi həlledici qarşılaşmada Mimi Xristova (Bolqarıstan) ilə üz-üzə gəlməli idi.

Qeyd edək ki, Manolova finala yüksəlməklə, Tokio olimpiadasına vəsiqəni təmin edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər