Ru
19:02 / 21 İyul 2019

Güləşçilərimiz ilk günü 4 medalla başa vurdu - YENİLƏNİB

1756

Azərbaycanın daha bir sərbəst güləşçisi Əbülfəz Nəsirov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.


55 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada İtaliya təmsilçisi Simone Vinçentso Piroddu ilə görüşüb.


Rəqibinə məğlub olan (5:10) Nəsirov gümüş medalla kifayətlənib.


Daha öncə yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medala sahib olub. Digər sərbəst güləşçisi Murad Haqverdiyev (45 kq) isə qızıl medal əldə edib.
***

Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) ilk qızıl medalını qazanıb.


Bakupost xəbər verir ki, yunan-Roma gəlişində Fərid Sadıxlı (-45 kq) final görüşündə türkiyəli Umut Çobanı bir neçə saniyəyə 9:0 hesabı ilə qalib gəlib və görüş vaxtından tez başa çatıb.


Bununla da Azərbaycan EYOF-da ilk qızıl medalını qazanıb.


Daha bir yunan-Roma güləşçimiz Nihat Məmmədli isə bürünc medal qazanıb.55 kq çəki dərəcəsində güləşən Nihat türkiyəli Bəkir Atəşi bir neçə saniyəyə 11:0 hesabı ilə qalib gəlməklə görüşün vaxtından öncə başa çatmasına nail olub.


Xatırladaq ki, bu gün iki sərbəst güləşçimiz də qızıl medal qazana bilər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər