Ru
21:32 / 21 May 2019

Günay Musayeva sevgilisini bıcaqlaması xəbərindən danışdı - FOTO

2210
"Bu
gün haqqımda çıxan Taha Tatlıcını bıçaqladığımla bağlı məlumatlar təmamilə
yanlışdır. Bu həm mənim, həm də Taha Tatlıcının əleyhinə olan bir ittihamdır”.  

 

BakuPost.az xəbər verir ki, bu fikirləri Türkiyədə
fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva bildirib.

 

 

G.Musayeva
qeyd edib ki, sevgilisi Taha Tatlıcı ilə aralarında kiçik mübahisə olub və bu
barədə məlumat polisə sızıb: "Hazırda sevgilimlə aramızda heç bir problem yoxdur.
Gündəmi daha artıq zəbt etmək istəmirik”.

 

 

 

Taha Tatlıcı da açıqlamasında  Günay Musayeva tərəfindən zorakılığa məruz qalması ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını bildirib. 

 

 

 

 

Qeyd
edək ki, mediada Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın
sevgilisi sevgilisi Taha Tatlıcını bıçaqlaması ilə bağlı məlumat yayılıb. Hadisə
 isə Tatlıcının Günay və oğlu Cahangiri
döyməsi səbəbindən baş verib.

 

 
Belə
ki, Tatlıcı polisə şikayət verib. Bundan sonra İstanbul Ailənin Qorunması
Bürosunda hadisə ilə bağlı istintaq başlayıb.   "Taha
çox əsəbi idi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün bıçağı götürərək
qarşısına keçdim. Üstümə hücum edəndə bıçaq ona batdı. Mən özümü qoruyurdum”, -
Günay hadisə ilə bağlı açıqlamasında deyib.   Musayevanın
barəsində 2,5 il həbs cəzası istənilib.  
Bıçaqlanan
Taha Tatlıcı isə model və oğlunu döyməsi ilə bağlı iddialar qarşısında
səssizliyini qoruyur.

 

Günay Musayeva sevgilisini bıcaqlaması xəbərindən danışdı -  FOTO
Günay Musayeva sevgilisini bıcaqlaması xəbərindən danışdı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər