Ru
12:29 / 23 Sentyabr 2019

Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı görüşü başladı

8966
Bu gün Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə ekspert komissiyasının ikinci görüşü başlayıb.



BakuPost.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.


Görüş çərçivəsində hər iki ölkənin komissiyalarını təmsil edən ekspertlər Gürcüstan-Azərbaycan dövlət sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçirəcəklər və geodezik tədqiqat işləri aparacaqlar.


Ekspertlərin sahələr üzə işi sentyabrın 27-nə planlaşdırılıb. Daha sonra mütəxəssislərin işi baxılması üçün delimitasiya və demarkasiya komissiyasının növbəti iclasına təqdim olunacaq. Komissiyanın növbəti görüşü Tbilisidə yaxın zamanlarda keçiriləcək. Toplantının dəqiq keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər