Ru
22:27 / 14 Yanvar 2020

Gürcüstan-Azərbaycan sərhədində odlu silahdan atəş açan şəxs yaxalandı

1470
Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissəsində silahlı insident baş verib.

BakuPost xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, yanvarın 14-də Gürcüstan vətəndaşı G.İ. odlu silah və qumbaradan istifadə etməklə Gürcüstan sərhəd keşikçilərini hədələyərək Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış bölgəsinə keçməyə məcbur edib. İnsident zamanı G. İ. bir neçə dəfə havaya atəş açıb.

Gürcüstan sərhəd keşikçilərinin səmərəli işi nəticəsində silahlı şəxs saxlanılıb.

Saxlanılan şəxsə qarşı qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və girov götürmə maddələri ilə ittiham irəli sürülüb, cinayət işi başlanılıb.

Gürcüstan DİN hadisə ilə əlaqədar səmərəli əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkür edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər