Ru
19:37 / 19 Fevral 2020

Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi

1861
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Gürcüstana ikigünlük rəsmi səfər edib.

BakuPost Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

A.Davtyan Gürcüstanın Müdafiə Qüvvələrinin Baş qərargah rəhbəri, general-mayor Vladimir Çaçibaya ilə ikitərəfli görüş keçirib. Tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə ediblər.

Görüşdə həmçinin hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq mövzusuna da diqqət ayrılıb.

Ermənistan nümayəndə heyəti səfər çərçivəsində NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) də baş çəkəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər