Ru
00:21 / 18 Noyabr 2019

Gürcüstan müxalifəti parlamentin giriş-çıxış qapılarını bağladı - YENİLƏNİB

3084
Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyasını davam etdirir.

BakuPost xarici mediaya istinadən xəbər verir ki, müxalifət nümayəndələri artıq parlamentin bütün giriş-çıxış qapılarını bağlayıb. Qapılara qıfıl vurulub. Eyni zamanda, parlamentin qapılarının qarşısında çadırlar qurulub.
Aksiya iştirakçıları bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq.

***
Gürcüstan birləşmiş müxalifəti noyabrın 17-də paytaxt Tbilisidə, parlamentin binası qarşısında etiraz aksiyası keçirib.

Beş minə yaxın insanın iştirak etdiyi aksiyada növbədən kənar parlament seçkilərinin keçirilməsi, ölkədə proporsoinal seçki sisteminə keçid, müvəqqəti hökumətin yaradılması tələb olunub.

Tbilisidə Puşkin parkından başlayan yürüşün iştirakçıları da parlamentin binası qarşısında aksiyaya qoşulublar.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər