Ru
22:23 / 09 Dekabr 2019

Gürcüstanda "donuz qripi"nə yoluxma halı qeydə alındı

1387
Gürcüstanda qış mövsümündə “donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxma ilə bağlı ilk hal qeydə alınıb.

BakuPost-un "Report"a istinadən məlumatına görə, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb. Virusa yoluxan yeniyetmə olub.

Yeniyetmənin xəstəxanaya yerləşdirildiyi və artıq müalicə olunduğu bildirilib.

Milli Mərkəzdən ölkədə mövsümi qripə yoluxma hallarının illik müqayisədə artdığı qeyd olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər