11:59 / 09 Oktyabr 2021

Gürcüstanda matəm elan olundu

457
Gürcüstanda oktyabrın 11-i matəm günü elan olunub.

Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

Qərara əsasən, Batumi şəhərində binanın çökməsi nəticəsində həlak olan vətəndaşların xatirəsinə ehtiram olaraq həmin gün ölkə ərazisində dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər ölüb, üç nəfərin axtarışları isə davam etdirilir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər