Gürcüstanda məkanlarda toy, yubiley, şənlik keçirmək qadağan olundu

Gürcüstanda məkanların toy, yubiley, şənlik və bu kimi kütləvi mərasimlərin keçirilməsi üçün kirayəyə verilməsi qadağan olunub.


Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

İzolyasiya və karanin qaydalarına edilən dəyişikliklərə əsasən, icarəçi icarədarla müqavilə imzalamalı olacaq. Sənədə icarədara məkanda kütləvi tədbirləri keçirməyi qadağan edən bənd əlavə olunacaq.

Qeyd edək ki, qonşu ölkədə pandemiya səbəbindən 10 nəfərdən artıq şəxsin iştirakı ilə kütləvi mərasimlərə qadağa qoyulub.