Gürcüstanda parlament seçkilərinin qalibi məlum oldu

Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci turunun qalibi hakim "Gürcü Arzusu" Partiyası olub.

Gürcüstan Mərkəzi Seçki Komissiyası 17 birmandatlı dairə üzrə ötən gün keçirilən seçkilərdə bütün dairələrdə hakim partiyanın qalib gəldiyini açıqlayıb.

Bununla da ilk turda 74 mandat (61 proporsional, 13 majoritar) əldə edən "Gürcü Arzusu" Partiyası ümumilikdə 91 deputat mandatı qazanıb və təkbaşına hökümət formalaşdırmaq huququ əldə edib.

Qeyd edək ki, ilk turda parlamentə daxil olan digər 8 müxalif partiya seçkilərin ikinci turda iştirak etməkdən və ilk turda qazandıqları parlament yerlərindən imtina etdiklərini açıqlayıb. Seçkilərin ikinici turu müxalifətin boykotu fonunda baş tutsa da, yerli qanunvericiliyə əsasən, ilk turda iştirak edən namizədlərin ikinci turda iştirakdan imtina etmək hüququ yoxdur. Bu səbəbdən ötən gün səsvermə bülletenlərində müxalif namizədlərin adları da yer alıb.