Gürcüstanda polis əməkdaşı saxlanıldı

  • 16 İyl 2019 21:12
  • 760 Baxış
Gürcüstanda polis əməkdaşı saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşı saxlanılıb.



BakuPost  "Report”a  istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.



Polis əməkdaşı iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. O, aksiyanın dağıdılması zamanı istifadə olunan xüsusi vasitələri həddindən artıq tətbiq etməklə iki aksiya iştirakçısına xəsarətlər yetirib.



Qeyd edək ki, ötən gün Gürcüstan DİN-in bir əməkdaşı saxlanılıb.