Ru
22:59 / 11 Oktyabr 2019

Gürcüstanda silahlı insidentlə bağlı daha bir azərbaycanlı saxlanıldı

1381
Tbilisidə cinayət haqqında məlumat verəməməkdə ittiham olunan 1996-cı il təvəllüdlü R.M. adlı azərbaycanlı gənc saxlanılıb.

BakuPost-un “Report”a istinadən məlumatına görə, saxlanılan şəxs ötən gün Marneulidə baş verən silahlı insident barədə polisə xəbər verməyib.

Gürcüstan Daxili İşlər Nazirliyi məlumatına görə, ötən gün Marneulidə çayxanalardan birində atışma baş verib. Nəticədə iki gənc yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Gənclərdən biri əməliyyat edilib. Gənclər arasında mübahisəyə keçmişdə baş verən fikir ayrlığı səbəb olub.

Çayxanada atəş açan azərbaycanlı gənc hadisə yerindən qaçsa da, insidentdən bir neçə saat sonra saxlanılıb. Onu 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər