Ru
12:51 / 23 Fevral 2020

Gürcüstandan xəbərdarlıq: "İrana getməyin"

2238
Gürcüsan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İranda yeni tip koronavirus (Covid-19) yayılması ilə əlaqədar bu ölkəyə səfərdən imtina etməyi tövsiyə edib.

BakuPostşaz xəbər verir ki, bu barədə məlumat bu gün Gürcüstan XİN-nin saytında yerləşdirilib.

Gürcüstan XİN bildirir ki, İranda koronavirus fevralın 19-da aşkarlanıb, ölkədə 28 nəfər bu xəstəliyə yoluxub, 6 nəfər ölüb: “Vəziyyəti nəzərə alaraq, İrana səfərlərdən imtina etməyi xahiş edirik”.

Gürcüstan XİN ölkənin İrandakı səfirliyində “qaynar xətt” yaradıldığını da nəzərə çatdırıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər