Gürcüstanın XİN başçısı Azərbaycanı təbrik etdi

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

XİN başçısı bu barədə özünün "Twitter" hesabında paylaşım edib.

"Müstəqilliyinin 29-cu ildönümü münasibəti ilə Azərbaycanı səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, strateji tərəfdaşımızla olan nümunəvi əlaqələrimiz daha da dərinləşəcək və regionumuzun sülh, stabillik və inkişafına töhfə verəcək", - deyə təbrikdə vurğulanır.