Gözdən əlilllər üçün yaşayış binası bu tarixdə istifadəyə veriləcək

320
Azərbaycanda gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin bir istiqaməti də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakupost-a bildirilib ki, Prezident İlham Əliyevin 11 iyun 2019-cu il tarixli Sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatı istiqamətində növbəti addımın atılmasına imkan verib.

Sərəncam Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait ayrılmasını nəzərdə tutur. Müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri aparılmaqla, paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər