Ru
13:10 / 19 Noyabr 2019

“Hakimlərə azı 10 min manat maaş verilməlidir” - Deputatdan təklif

1193
Məhkəmə süründürməçiliyi məhkəmə prosesində işlərin uzadılmasıdır.

BakuPost bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.


O bildirib ki, hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır: “Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır ”.

Deputat söyləyib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxılmalıdır: “Əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər