Ru
00:16 / 24 İyul 2020

"Hamımız hücuma məruz qalacağıq..." - Adil Əliyev

4141
"Ölkəmizə qarşı baş verən erməni təxribatına səssiz qalmayan və dünyanın müxtəlif ölkələrində bu təcavüzə diqqət çəkən həmvətənlərimizlə fəxr etməmək mümkün deyil".

"BakuPost"un məlumatına görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib. Deputat Brüsseldə, Los Ancelesdə erməni vandalları tərəfindən həmyerlilərimizin məruz qaldığı hücumlardan bəhs edib:

"Artıq bütün dünya görür ki, Ermənistan dövləti şovinizmi dövlət siyasəti səviyyəsində aparır. Habelə baş verənlərə görə həm ABŞ-da, həm də Belçikada hadisələri törədən ermənilər saxlanılmış, onların törətdikləri cinayətlərə görə ədalətli cəza alacaqlarına güman edirəm. Xəsarət alan həmvətənlərimizə Allahdan şəfa diləyirəm".

Vitse-spiker bildirib ki, Azərbaycanı inkişaf etmiş, güclü dövlət kimi görmək istəməyən dövlətlər var:

"Bu, keçmişdə də olub, gələcəkdə də olacaq. Ancaq mən sapı özümüzdən olan baltaların, öz Dövlətinə, millətinə qarşı düşmənçiliyini başa düşmürəm. Bu satqın, başıboş vətəndaşlarımız düşmən dəyirmanına su tökdükcə, öz Dövlətinə, millətinə, ölkəsinə qarşı kampaniya apardıqca, biz belə təklənib, hücumlara məruz qalacağıq. Satqınlara, söyüş söyənlərə AR OLSUN. Fotonun altındakı söyüşə görə hamınızdan üzr istəyirəm.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər