Hazırda paytaxt yollarında ciddi sıxlıq müşahidə olunur

Axşam saat 18:00 radələrindən paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "BakuPost"a verilən məlumata görə, hazırda Heydər Əliyev, Qara Qarayev, Ziya Bünyadov prospektləri, Yusif Səfərov, Ağa Nemətulla, Məhəmməd Hadi küçələrində və digər yerlərdə onlarla müntəzəm və ekspres marşrut xətləri üzrə avtobuslar sıxlıqda qalaraq gecikmə ilə hərəkət edir. Bu isə dayanacaq məntəqələrində və avtobuslarda sərnişin sıxlıqlarının yaranmasını qaçılmaz edir:

"Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobuslara qarşı hərəkət üstünlüyü tanımağı xahiş edirik. Sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu indiki vaxtda bu olduqca vacib əhəmiyyət kəsb edir".

Sıxlıq olan küçələr:

1.Yusif Səfərov küçəsi(H.Əliyev pr. Ist.)

2.A.Salamzadə küçəsi(hər iki istiqamət)

3.Qələbə dairəsi

4.Koroğlu Rəhimov küçəsi(hər iki istiqamət)

5.Moskva pr.(20 Yanvar dairəsi ist)

6.Tbilisi pr.(hər iki ist)

7.Q.Qarayev pr.(hər iki ist. Nisbətən sıxlıq

8.Binəqədi şossesi(Binəqədi ist) sıxlıq

9.Ş.İ.Xətai pr.(H.Əliyev pr. Ist.)

10.R.Behbudov küçəsi nisbətən sıxlıq

11.Z.Əliyeva küçəsi

12.Ü.Hacıbəyov küçəsi

13.Mikayıl Əliyev küç.(Koroğlu m/st-sı ist)

14.Mikayıl Useynov pr(Azneft dairəsi ist)