Ru
13:38 / 14 Sentyabr 2021

Həbsdə olan icra başçısının yerinə TƏYİNAT - FOTO - VİDEO

4631
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonuna yeni icra başçısı təyin edib.

Bakupost.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalov 2020-ci ilin dekabrında həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Həbsdə olan icra başçısının yerinə  TƏYİNAT - FOTO - VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər