Ru
14:35 / 27 Mart 2020

“Heç kim gəlməsin” - Nazirlikdən Xalq artistinin dəfni ilə bağlı MÜRACİƏT

3879
Mədəniyyət Nazirliyi koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda tətbiq olunan xüsusi rejimin qaydalarına riayət olunması üçün Xalq artisti Rauf Babayevin dəfni ilə bağlı vətəndaşlara müraciət edib.

BakuPost xəbər verir ki, bu barədə Report-a açıqlama verən nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov vətəndaşları karantin qaydalarına riayət etməyə çağırıb:


"Mətbuat vasitəsi ilə insanlara müraciət edirik ki, heç kim dəfn mərasiminə gəlməsin. Hökumətin karantin rejimi ilə bağlı qərarı var. Hamı buna əməl etməlidir. 10 nəfərdən artıq insanın toplaşmasına icazə yoxdur. Nazirlik mədəniyyət xadiminin itikisi ilə əlaqədar ailəsinə, yaxınlarına və xalqımıza başsağlığı verir".

Qeyd edək ki, Xalq artisti, müğənni Rauf Babayev bu gün 82 yaşında dünyasını dəyişib. O, bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər