Ru
13:28 / 20 Noyabr 2020

Maaşınla almısan bütün villalarını – Bakı təhsilinin müdirinə

1989

Gənc şair Elşad Barat Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevə şeir həsr edib.

BakuPost xəbər verir ki, bu şeir şairlə bir neçə məktəb direktoru arasında məhkəmə çəkişməsi getdiyi bir vaxtda yazılmasına görə diqqət çəkir. Məlumat üçün bildirək ki, məhkəmə çəkişməsinə səbəb həmin məktəb direktorları barədə Elşad Baratın tənqidi yazılar yazmasıdır. Şair iddia edir ki, məktəb direktorları Rəşad Tağıyevin göstərişi ilə məhkəməyə müraciət edib. Məqsəd onu cəzalandırmaqdır.

Mövzunun aktuallığını nəzərə alaraq həmin şeiri təqdim edirk:



Salam, Rəşad Tağıyev!
Nə var, nə yox, necəsən?
Heç olurmu kövrəlib,
Dibinəcən içəsən?


Yoxsa, sənin kövrələn,
Yerin işləmir daha?
And içməyə ocağın,
Pirin işləmir daha?


Eybi yox, işləməsin,
Olmasın çarəsi də,
Onsuz da ki, işləmir,
Təhsil İdarəsi də.


Əşi, nəyinə lazım?
İşləmir, işləməsin,
Hərdən işə gəl, görün,
Kimsə "yoxdu" deməsin.


Məcbur oxutmaq olmur,
Camaatın balasın,
Heç kimə deməmisən,
Məktəbləri talasın,


Belə fağır dayanma,
Xatirimə dəyirsən,
Sən ki, direktorların,
Cibini güdməyirsən.


Təhsili çapanların,
Evlərini yıxırsan,
İdarədə bircə sən,
Quru maaşa baxırsan.


"Əlif zəbər ə" edib,
Məktəb "molla"larını,
Maaşınla almısan,
Bütün villalarını.


Hörmətin öz yerində,
Sədaqətli adamsan,
Bəşarətli adamsan,
Cəsarətli adamsan.


Sənə baxıb utansın,
Evimizi yıxanlar,
Bakının təhsilinə,
Biznes kimi baxanlar.


Yığmaq üçün bilmədin,
Doğrusun sən, düzün sən,
Təhsildə bir "əmma" var,
O da sənin özünsən!


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər