Ru
22:31 / 24 Aprel 2019

Həccə getmək istəyənlərin sayı 500-ü keçib

2244
Azərbaycandan Həcc ziyarətinə getmək
üçün 500-dən artıq insan müraciət edib.

 

 

BakuPost.az xəbər verir ki, bu barədə
Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

 

 

Bildirilib ki, hazırda sənəd qəbulu
davam edir: "Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə
bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını
reallaşdıra biləcək".

 

 
Qeyd edək ki, ötən il Azərbaycandan Həcc
ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.   Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ
dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola
salınacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər