Ru
15:27 / 13 Aprel 2021

Qubadlıdakı çaylara “Qırmızı kitab”a düşmüş balıq növü buraxıldı

1774
Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə Azərbaycanın “Qırmızı kitab”ına düşmüş qızıl xallı farel balığı buraxılıb.

Bakupost.az xəbər verir ki, bunu jurnalistlərin Qubadlıya səfəri zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, çəkisi 30-50 qram olan 1000 ədəd balıq körpəsi çay hövzəsinə buraxılıb:

"Qızıl xallı farel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub. Bu proses bu ərazilərdə həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər