Ru
12:38 / 27 Yanvar 2020

Həkim-idmançı Oqtay Mehtiyevin seçicilər ilə görüşündə nələr yaşandı? - FOTOLAR

6405
Milli Məclisə bu il fevralın 9-a təyin olunan növbədənkənar parlament seçkilərində 62 saylı Saatlı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Azərbaycan Tibb Universitetinin müəllimi, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Oqtay Mehtiyevin növbəti izdihamlı görüşü rayon Mədəniyyət Mərkəzində baş tutub.

Əhalinin müxtəlif təbəqəsindən qatılan görüşdə izdiham yaranıb, olay da yaşanıb. Belə görüşə gələnlərin həddindən artıq çoxluqla müşayət olunması zalda sıxığa səbəb olub, insanlar ayaq üstə belə Oqtay Mehtiyevə dəstək nümayiş etdiriblər. Yerlis akinlərdən başqa görüşdə respblıikanın idman və digər sferalarından tanınmış şəxslər də O. Mehtiyevə dəstək aksiyasına qatılıblar. Görüş zamanı Oqtay Mehtiyev namizədliyinin səbəbinin ölkədə aparılan islahatların yeni mərhələsindən, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətə istinad edildiyini xatırladaraq  seçicilərinə müraciət də edib:

“Əziz saatlılar, həmyerlilərim, doğmalarım, qardaşlar bu gün sizi burda görməkdən çox məmnunam. İnanın ki, çox həssas bir məqamdır. Bu dəstək mənə qürur verir. Bir Saatlı sakini, bu elin, obanın oğlu kimi sözün əsl mənasında fəxr edirəm. Hər birinizin qarşısında baş əyirəm, sizi bağıma basıram. Biz çox mühüm və çətin, bir o qədər də şərəfli yola çıxmışıq. Azərbaycan dövlətinə, cənab prezidentə, sözümüzə güvənərək səfərbər olmuşuq. Sual oluna bilər. Axı bu seçki prosesinə qatılmaq sizə və o cümlədən mənə nə verə bilər? Görəndə ki, ölkədə yeni reallıqlar gündəmə gəlib, kadr, struktur  islahatları geniş vüsət alıb, şəxsən prezidentimiz xalqa arxalanıb və biz ilk növbədə xalqın xidmətçisiyik deyirsə, bunu konkret əməllərində sübut edir, göstərirsə, onda biz niyə buna biganə qalmalıyıq fikirləşdim. Düşündüm ki, əsl vaxtdır ki, biz saatlılar da bu siyasətə güvənərək aparılan islahatlar, yeni yanaşmaya, inkişafa, tərəqqiyə öz töfhəmizi verməliyik. Seçkidə iştirak, mandat  məsələsinə gəldikdə ailəmizi  tanıyanlar bilir ki, mənə nə şan-şöhrət, nə maddiyat nə də digər məqsəd üçün lazım deyil. Bu sizə daha yaralı olmaqda, xalqıma, elimə xidmətdə mənim üçün daha böyük imkanlar aça bilər. Ancaq, əlbəttə bu sizin sayənizdə mümkündür. Sizin etibarınız və etimadınızla!. Əgər mənə etimad göstərsəniz, tam qətiyyətlə, hətta deyərdim cəsarətlə, özümü sizdən istəsəm də ayıra bilmərəm, sizin danışan diliniz, səsiniz, sözünüzün zamini olacam. Ən mühüm tribunalarda, parlamentdə dövlətçiliyimiz naminə, xalqımız, doğulub boya başa çatdığm Saatlının tərəqqisi üçün əlimdən gələni əsirgəməyəcəm. Bu sadəcə gəlişi gözəl sözlər deyil! Bu mənim üçün müqəddəs arzu, həyat yolu, şərəf məsələsidir. Və inanın ki, bütün bunlar üçün real şans yaranıb. Biz bu gün müstəqil, inkişaf etmiş, güclü bir ölkənin vətəndaşlarıyıq. Dövlət başçımız əksər çıxışlarında  vurğulayır ki, bizim siyasətimizin təməlində vətəndaş, onun rifahı, marağı dayanır. Bu yaxınlarda İcra başçımız müşavirədə, iclasda qətiyyətli şəkildə prinsipiallıq göstərib Saatlının bir nömrəli problemi sayılan su məsələsini qaldırdı. Yerindəcə müsbət qərar verildi. Görün onun bu hərəkəti hər birimiz üçün nə qədər qürurverici idi. Mən insalnlarla müxtəlif görüşlərdə bunu açıq-aydın gördüm. O bu addımı ilə urəklərə yol tapdı, təqdir edildi. Bax biz özümüzə, sözümüzə güvənməklə bu cür məqamların, halların sayını bir yox, iki, üç, on, on beş edə bilərik. Çünki deyiləsi sözümüz, qaldırılası problem və çətinliklərimiz var. Əkinə yaralı torpaqların çoxu şoranlaşıb, melorasiya işlərinə həddindən artıq ehtiyac var. Camaat min bir əziyyət bahasına əkib becərdiyi məhsulu bazara çıxarıb sata bilmir. Halbuki bütün bunlarla bağlı dövlət səviyyəsində nə qədər imkanlar yaradılır. Rayonumuzun xüsusiyyətlərinə uyğun yeni iş yerləri, yeni müəssisələrə ehtiyac var. Texnika çatışmır. Bu qədər gənclər evi, idman zalları olduğu halda təyinatı üzrə fəaliyyət göstərmir. Bu mənim yaxından maraqlandığım sahə olduğuna görə yaxşı bilirəm. Ehtiyac içində olan ailələrimiz, insanlarımız var. Xəstəxana, məktəb problemləri var. İnanın xalqın sözü eşidilir. Ancaq bu səsi, sözü lazımi yerdə qaldırmaq üçün bizə özümüz qədər yaxın insanlar lazımdır. Konkret öz içimizdən, bax elə sizlərdən biri. Niyə də olmasın? Mən baxıram. Bura yığışanların arasında nə qədər vətənpərvər, əqidəli, ziyalı, ləyaqətli insanlar var. Burda keçmiş döyüşçüləri görürüəm. Şərəfli peşə sahibləri, müəllimlər, ölkəmizin  bayrağını dəfələrlə yüksəkliklərə qaldıran idmançılar. Yadımdadır bir dəfə Prezident cənab İlham Əliyev idmançıları qəbul etmişdi. Hansısa növdə uduzmağımıza baxmayaraq, dedi ki sizi təbrik edirəm ölkəmizi ləyaqətlə təmsil etdiniz. Gəlin axıra qədər ləyaqətlə mübarizə aparaq. Səsimizin, sözümüzün  arxasında duraq. Heç kəs bizdə bu inamı sarsıda bilməz. Bir neçə gün əvvəl Prezidentimiz beynəlxalq, mötəbər bir tribunada - Davosda çıxışı zamanı bildirdi ki, “Biz onar görə erkən parlament seçkilərinə getdik ki, qoy xalqımız öz etibar etdikləri insana səs versinlər”. Bizim üçün bundan yaxşı mesaj ola bilərmi? Əlbəttə yox. Əzizlərim, sizi çox yormaq istəmirəm. Hava soyuqdur, coxlarınız məni bayırdan dinləyirsiz, biz hələ çox görüşəcəyik. Ancaq burdan ayrılan hər biriniz inamlı şəkildə öz kəndinizdə, qəsəbənizdə doğmalarınız, doğmalarıma mənim salamlarımı çatdırın! Demirəm mənə səs verin, deyirəm özünüzə, özümüzə, sözünüzə səs verin! Bir daha sizi bağrıma basır, qucaqlayır, sizinlə qürur duyur, fəxr edirəm! Seçkidə qələbə bizimlədir!. Buna əmin olun! İnam, əminlik bizi hədəfimizə çatdıran əsas amil olacaq! Bunu unutmayın! Birlikdə seçkilərə doğru, inamım sizədir!”.

Namizədin müraciəti alıqşla qarşılanıb. Rayon ağsaqalları, tanınmış ziyalılar, gənclər, çıxış edərək eloğluları Oqtay Mehtiyevə tam dəstək nümayiş etdiriblər, fevralın 9-da səslərini mütləq şəkildə ona verəcəklərini bildiriblər.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər