Ru
11:43 / 02 Dekabr 2019

Helikopter qəzaya düşdü - 3 nəfər öldü

1558
Fransanın cənub-şərqində daşqınların vurduğu ziyanın aradan qaldırılması ilə məşğul olan üç xilasedici Mülki Təhlükəsizlik Qüvvələrinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olub.

BakuPost TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.


Bildirilir ki, helikopterlə rabitə dünəndən - hava nəqliyyatı vasitəsinin axtarış-xilasetmə əməliyyatını başa çatdırmaq üçün Var departamentində yerləşən aeroporta uçduğu zaman kəsilmişdi. Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil, araşdırma aparılır.

Qeyd edək ki, bu gün Fransada ölkənin cənub-şərqində baş verən güclü daşqınlar səbəbilə tətbiq olunan hava şəraiti təhlükəsinin "qırmızı" səviyyəsi ləğv edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər