12:12 / 17 Noyabr 2021

"Həmin məmurlar yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər" - Deputat

1842
Deputat Tahir Kərimli parlamentdə çıxışı zamanı bəzi məmurların şəhid və qazi ailələrini incitdiyini bildirib.

Bakupost.az xəbər verir ki, T. Kərimli çıxışında həmin məmurları belə ailələri unutmamağa çağırıb: “Həmin məmurlar çörək yeyəndə əlləri olmayan qaziləri düşünsünlər. Yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər. Analar var ki, uşaqların soyuq məzarlarını qucaqlayırlar.

3000-ə yaxın cavan itirmişik. Qızlarımızı düşünsünlər. Xudayarın həzin səsini yadlarına salsınlar. Məmurlar zalım olmasınlar”.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər