Ru
11:01 / 09 Dekabr 2019

Həmkəndlisini öldürüb sonra yandırdı - Astarada dəhşətli qətl

2031
Astarada yanğın zamanı ölən şəxsin qətlə yetirildiyi məlum olub.

BakuPost.az-ın məlumatına görə, hadisə rayonun Şiyəkəran kəndində qeydə alınıb.


Kənd sakini, 1961-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun kənd sakini Əliyev Sadıq Noruz oğlunun evində yanaraq ölməsi barədə məlumat daxil olub.

Hadisə yerinə və yanmış evə baxış keçirilərkən ev sahibi S.Əliyev saxlanılıb.

Məlum olub ki, C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı S.Əliyev C.Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər