Ru
15:39 / 14 Oktyabr 2019

Həmyerlisini öldürən Tovuz sakini həbs olunub

1160

Tovuz rayonunun Hunanlar kəndi ərazisindən şəhər sakini Asif İbrahimovun aldığı bıçaq xəsarətindən ölmüş vəziyyətdə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini F.Məmmədov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər