Ru
10:23 / 04 May 2021

"Hər il Fazil Məmmədov “Qanun”da əməliyyat keçirirdi" - Şahbaz Xuduoğlu

3168
“Fazil Məmmədovun (sabiq vergilər naziri) vaxtında hər il yanvar ayı vergi “Qanun” ətrafında bir əməliyyat keçirirdi. Bütün ili o tələdən çıxmağa çalışırdıq”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib.

O qeyd edib ki, daha vergi gəlmir: "Vergiyə baxıb fövqəladə də gəlmir, fövqəladəyə baxıb işıq da gəlmir, işığa baxıb su da “gəlmir”, suya baxıb polis də gəlmir. Artıq neçə ildi başımız ağrımır, işimizlə məşğuluq. Amma o dövrdən verginin oğurladığı, aparıb itirdiyi sənədləri bərpa etmək olmur.

Əlpaşanı da (Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovu nəzərdə tutur - Red.) düz edib tutdular. Nərimanovda nəşriyyatın yerini qapazlamışdı.

Ümumiyyətlə, nə olursa haqqına olur. Artıq mən çoxdandır, niyə belə oldu sualını vermirəm”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər