Ru
11:54 / 12 Sentyabr 2019

Hərbçilərimiz Gürcüstanda dağ təlimində - FOTOLAR

1292

Gürcüstanda Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yay dağ hazırlığı təlimi keçirilir.


BakuPost.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.


Besik Kutataladze adına Saçxere dağ hazırlığı təlim mərkəzində təşkil olunan təlimdə Gürcüstanın üç, Azərbaycan və Türkiyənin isə, ümumilikdə, 13 hərbçisi iştitak edir.


Təlim çərçivəsində hərbçilər müxtəlif praktiki tapşırıqlar yerinə yetirirlər. İştirakçılar təbii divara dırmanma, çayı keçərkən maneələrin dəf olunması, təxliyyənin təşkili və tibbi qaydaları öyrənirlər.


Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilən təlim kursuna sentyabrın 16-da yekun vurulacaq. Kursu başa vuran hərbçilərə sertifikatlar təqdim olunacaq.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər