Ru
11:35 / 27 Mart 2021

Hərbçilərimizin ərzaqları Ukraynada satışa çıxarılıb - VİDEO

3638
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgərləri üçün nəzərdə tutulan və satışı qadağan olan “Tuşonka” ət konservlərinin Ukrayna bazarlarında satılması ilə bağlı video yayılıb. Videoda qeyd olunur ki, həmin məhsul Ukrayna bazarlarında satışa çıxarılıb.

Bakupost.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı DSX açıqlama yayıb. Dövlət qurumu öz açıqlamasında video görüntülərdəki məlumatı təkzib edib.

Qeyd edək ki, bundan əvvəl də dəfələrlə əsgər paylarının satışa çıxırılması faktları aşkarlanıb. Hətta müharibə dövründə vətəndaşlar tərəfindən hərbçilərə göndərilmiş ərzaq məhsullarının satılması faktı ilə bağlı mətbuatda yazılar gedib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər