Ru
10:10 / 11 Avqust 2019

Hərbi hissəyə gedən mikroavtobus qəzaya düşdü - 19 yaralı - FOTOLAR

4605
Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.


 

BakuPost Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı sərnişin daşıyan avtomaşınla "Ford" markalı avtomobil toqquşub. Nəticədə 19 nəfər xəsarət alıb.
Bakı sakinləri Qasımov Səxavət Saleh oğlu, Eyvazov Oktay Bəhruz oğlu, Eyvazova Aytəkin Məzahir qızı, Eyvazova İsmət Bəhruz qızı, Qasımova Güldanə Cavanşir qızı, Hacıyeva Səadət Böyükağa qızı, Rüstəmova Səkinə İbrahim qızı, Əlizadə Günel Zaur qızı, Eyvazov Bəhruz Oktay oğlu və Həsənov Qalib Cavanşir oğlu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanların digər hissəsi Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların adları hələ ki, müəyyənləşməyib.
Mikroavtobusda olan sərnişinlər Gəncəyə "N" saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş. 

Hərbi hissəyə gedən mikroavtobus qəzaya düşdü  - 19 yaralı - FOTOLAR
Hərbi hissəyə gedən mikroavtobus qəzaya düşdü  - 19 yaralı - FOTOLAR
Hərbi hissəyə gedən mikroavtobus qəzaya düşdü  - 19 yaralı - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər