Hərbi Prokurorluqda yeni təyinat olub.
Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi təyin edilib.
Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.