Ru
21:44 / 04 Noyabr 2020

Hərbi xunta rejiminin İrəvana köçməsi: Müharibədə əhəmiyyətli dönüş

9631
Terrorçuların başçılarının İrəvana qaçmaları ilə bağlı etirafları bir daha Prezident İlham Əliyevin düşməni sonadək və it iqovan kimi qovmağımızla bağlı dediyi sözlərin emosiyonal yükündən də qat-qat artıq rasional siyasətə, öncədən hesablanmış hərbi və siyasi gücə söykəndiyini sübut etdi.

Ön cəbhədən gələn son iki xəbər yalnız ölkəmizin deyil, regionun da gündəmindəki Azərbaycanın 27 sentyabrda başladığı Ermənistanı sülhə məcburetmə əməliyyatlarının qələbə ilə yekunlaşacağı və işğalçının tamamilə məğlub ediləcəyi ilə bağlı qənaətləri dönməz etdi:

1. Laçın dəhlizinin bağlanması
2. Hərbi xunta rejiminin "adminstrasiyasının" İrəvana köçməsi

Bu o deməkdir ki, artıq müharibənin gedişatında əhəmiyyətli dönüş baş verib və Laçın dəhlizi fiziki olaraq, yaxud məsafədən nəzarətə alınmaqla Azərbaycan Ordusunun ixtiyarındadır. Düşmən ordan Qarabağdakı terroçu dəstələrinə canlı qüvvə və hərbi-texniki yardım göndərmək imkanından məhrum edilib. Hələ də işğalda olan Azərbaycan ərazilərində mülki əhali minimum səviyyədədir. Azsaylı mülki əhali ya tezliklə Azərbaycanın açdığı humanitar dəhlizindən keçərək Ermənistana gedəcək, ya da terrorçuların əlində növbəti "soyqırım" tamaşası hazırlamaq üçün səhnə alətinə çevriləcəklər. Əminəm ki, sonuncu varianta Azərbaycan dövləti imkan verməyəcək.

İkinci önəmli məsələ isə dünyadakı qondarma rejimlərdən birinin, hərbi xunta rejiminin faktiki olaraq da süqut etməsi, necə deyərlər "Aşqabad batan kimi" batmasıdır. Terorçubaşı araik arutunyanın feysbuk səhifəsindəki son postda artıq onun özü görünmür. Masanın arxasında isə qadınların həyacanlı baxışları diqqəti çəkir. Bu fotodan işğalçıların Qarabağda kişilərinin (fiziki mənada) sayının xeyli tükəndiyi növbəti dəfə təsdiqini tapır.

Bundan sonra baş verəcək hadisələrin hərbi ssenarisi qədər siyasi nəticələr də maraqlıdır. Yəni qısa müddət ərzində Xankəndi, Şuşa, Xocavənd və Xocalı Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra orda erməni əsilli mülki əhali qalıbsa, onlar vətəndaşı olduğu dövlətə tabeçilik göstərərək dövlət atributlarımızı qəbul etməyə və hər hansı muxtariyyət elementləri olmadan üçrəngli bayrağımızın altında yaşamağa və bütün qanunlarımıza istisnasız olaraq əməl etməyə məcbur olacaqlar. Bu prinsipləri və suverentetimizi qəbul edəcək erməni əsilli əhalinin sayı isə müharibədən öncə Qarabağın dağlıq hissəsinsə yaşayan azərbaycanlıların sayından (40 min) az olacaq.

Beləliklə, yeni mərhələnin başlanması müzəffər Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarının praktik olaraq həyata keçməsi və dünyada ilk dəfə olaraq "dondurulmuş" münaqişənin dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin son fazasına qədəm qoymasından xəbər verir. Şübhəsiz ki, postmüharibə dövründən sonra Azərbaycan və Türkiyənin regionda və dünyada güclənən mövqeyinin yaratdığı reallıq uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasına imkan verəcək.

Yaşasın Azərbaycanın müzəffər Ali Baş Komandanı!
Yaşasın bütöv və qüdrətli Azərbaycan Respublikası!
Yaşasın rəşadətli, qəhrəman Azərbaycan Ordusu!

Elməddin Behbud
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər