Ru
17:30 / 18 Fevral 2020

Hesab edin ki, bizim yerimizdə sizsiniz... - MSK sədri

1346
Biz həqiqətən ciddi qanun pozuntularının baş verdiyi seçki məntəqələrində nəticələri ləğv etməyə meyilliyik. Amma hansısa qərar qəbul edərkən onun hüquqi əsaslandırması lazımdır. “Bizə belə gəlirdi” deyib qərar çıxarmaq olar. Amma sabah məhkəməyə verilsə, buna görə cavab vermək lazım olacaq.

Axar.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov 79 saylı İmişli seçki dairəsi üzrə deputatlığa namizəd olmuş İlqar Hüseynlinin, Murad Fərzəliyevin və digərlərinin şikayətinin araşdırılması zamanı İlqar Hüseynliyə müraciətlə bildirib.

O qeyd edib ki, şikayətçilərin təqdim etdikləri bütün kadrlara dönə-dönə baxılıb:

“Təkcə Ekspert qrupunun üzvləri deyil, mən də təqdim etdiyiniz videolara baxmışam. Hesab edin ki, bizim yerimizdə sizsiniz. Siz peşəkar hüquqşünassınız. Məsələyə hüquqşünas kimi yanaşın”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər